ABŞ-ın Kaliforniya ştatında pis hava şəraiti nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.

Bu barədə CNN məlumat yayıb.

Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub.

Ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.

Əlverişsiz hava şəraiti səbəbindən dünyasını dəyişənlər də olub.

Kaliforniya qubernatoru bütün ştatda fövqəladə vəziyyət elan edib.