Transfer çalışmalarını davam etdirən "Çelsi" daha bir futbolçu ilə güclənmək üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, "Zadəgan"lar "Atletiko Madrid" klubundan Joao Feliksi icarə əsasında heyətinə qatacaq. Futbolçu tibbi yoxlanışdan sonra komandaya qoşulacaq.

Qeyd edək ki, "Atletiko Madrid" futbolçu ilə müqaviləni 2027-ci ilədək uzatdıqdan sonra onu icarəyə yollayacaq.