İtaliya Kuboku 1/8 final mərhələsində "İnter" "Parma"nı qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, hesabı qonaqlar açsa da, ev sahibi son dəqiqələrdə bərabərliyə nail olub. Əsas vaxtı heç-heçə bitən matçın əlavə vaxtında "İnter" qələbə qolunu vurub və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1/4 final matçları 31 Yanvar - 2 Fevral tarixləri arasında oynanılacaq.