İsveçrənin Cenevrə şəhərində termometrlər 38 dərəcəyə çatıb və avqustun 24-ü ilin ən isti günü kimi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu hava haqqında məlumat verən "Meteonews" şirkəti "X" sosial media platformasında açıqlayıb.

İlin ən yüksək temperaturunun iyulun 11-də Qraubünden kantonunda yerləşən Çur şəhərində müşahidə edildiyini xatırladan məlumatda qeyd edilib: "Hələ yolun sonuna çatmamışıq, görək hava nə qədər isti olacaq".

Qeyd edək ki, İsveçrədə rekord temperatur 2015-ci ildə Cenevrədə müşahidə edilib. Bu zaman 39,7 dərəcə temperatur qeydə alınıb.