Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko hökümət nümayəndələri ilə iclas keçirib. İclasın əsas mövzusu məhsulların ixracı, liman əməkdaşlığı, dəniz daşımaları üçün imkanların yaradılması və bir sıra məsələlər olub. Prezident bildirib ki, ötən il ölkə olaraq mənfi tendensiyaları aradan qaldıra bildik və pul baxımından müsbət ixrac nəticələrinə nail olduq:

“Biz Belarus məhsullarının ixracını müzakirə etmək üçün toplaşmışıq. Əlbəttə, pul hər şeyi həll edir, amma biz istərdik ki, necə deyərlər, ixracı hissə-hissə artıraq.

Sözün düzü - bu o deməkdir ki, biz 2021-ci ilə nisbətən tonlarla traktor, avtomobil, kalium gübrələri, neft məhsulları az satmışıq. Satdığımız malların qiymətində kəskin artım olduğu üçün ixracda az-çox müsbət nəticələr əldə edirik. Biz düşünməliyik ki, ixracı necə artıraq. İxrac elə bir valyutadır ki, onsuz ölkə və iqtisadiyyat yaşaya bilməz, xüsusən də Belarusun ixracyönümlü iqtisadiyyatı olduğu üçün. İstehsal etdiyimizin yarısını normal yaşamaq üçün satmalı olacağıq.”