İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.

Ərdoğan, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

***

13:34

İstanbulda məhkəmə binasında silahlı insident olub.

İqtisadiyyat.az NTV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.