İsrail İordaniya ilə üç sərhəd keçid məntəqələrini növbəti xəbərdarlığa qədər bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

Məlumata görə, şimalda Beyt Şean şəhəri yaxınlığındakı İordaniya keçid məntəqəsi, Allenbi körpüsündəki keçid məntəqəsi, eləcə də cənubdakı Eylat şəhəri yaxınlığındakı Rabin sərhəd-keçid məntəqəsi bağlanıb.

Qeyd edək ki, bu gün İordaniya ilə sərhəd keçid məntəqəsinin yerləşdiyi Allenbi körpüsü yaxınlığında İordan çayının Qərb sahilində baş verən atışmada 3 nəfər həlak olmuşdu.

***12:00

İordaniya ilə sərhəd keçid məntəqəsinin yerləşdiyi Allenbi körpüsü yaxınlığında İordan çayının Qərb sahilində baş verən atışmada 3 nəfər həlak olub.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, hücumu təşkil edən şəxs zərərsizləşdirildilib.