ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasının büdcəsi avqustda 361 milyon dollar artaraq 404 milyon dollara çatıb.

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, Harrisin büdcəsi keçən ay uğurlu bir ianə toplayıb. Beləliklə, vitse-prezident bu göstərici ilə seçkilərdə əsas rəqibi respublikaçı Donald Trampı qabaqlayıb.

Bu dövrdə Tramp təqribən 130 milyon dollar toplayıb və ayın sonunda kampaniyasının ümumi büdcəsini 295 milyon dollara çatdırıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

 

Gözəl Həşimova