İraq, 2020-ci ilin İyul ayında ixrac üçün 2.763 milyon barel / gün neft ixrac edib, bu da əvvəlki ayla müqayisədə 2% azdır.
İyul ayında cəmi 85,66 milyon barel neft ixrac edildi. Eyni zamanda, mərkəzi və cənub sahələrindən 82,7 milyon barel, Kərkükdən isə 2,7 milyon barel neft nəql edilib. İordaniyaya ixrac 261,894 min barel təşkil edib.

Ötən ay orta hesabla neftin bir barreli 40,7 dollar (iyun ayında bir barel üçün 33.9 dollar) satılıb .Neft daşınması nəticəsində iyul ayında ölkə büdcəsinə 3,5 milyard dollar gəlir daxil olub.Fins.az