Son olaraq "Iranjavan FC" komandasında oynayan Amir Reza Nəsr Azadaniyə 16 il həbs cəzası verildi.

İqtisadiyyat.az xəbər verir ki, 26 yaşlı Əmir Rza Nəsr Azadani İranda Məhsa Əmininin qətlindən sonra başlayan etiraz aksiyalarında iştirak etdiyinə və İnqilab Keşikçiləri Korpusunun Besiç üzvlərinin öldürülməsinə görə 16 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Əmir Rza Nəsr Azadani karyerası ərzində 6 komandada çıxış edərkən ümumilikdə 28 oyuna çıxıb və iki qol vurub.