İranda son bir gündə 2926 nəfər koronavirusa yoluxub. Bu, ölkə üzrə indiyə qədər qeydə alınmış rekord göstəricidir.

TASS xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 32 332 nəfər təşkil edir. Son 24 saat ərzində koronavirusa yoluxmuş şəxslərdən 144-ü ölüb. Bununla da, ölənlərin ümumi sayı 2 378 nəfərə çatıb. İranda 11 133 nəfərin koronavirusdan sağaldığı bildirilir.