Pakistanın İranın sərhədyanı Saravan kəndinə zərbələri zamanı ölənlərin sayı 9 nəfərə çatıb.
İqtisadiyyat.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan valisinin təhlükəsizlik üzrə müavini bildirib.
“Bu səhər sərhəd kəndlərindən olan Saravana raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb", - o deyib.
*** 08.54
İranın Sistan və Bəlucistan əyalətlərinin Seravan dairəsi yaxınlığında baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumatda bilidirilib ki, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.
Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb.