İranın İsfahan əyalətinin məhkəməsi polisləri öldürməkdə günahlandıran daha üç etirazçıya ölüm hökmü çıxarıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın dövlətyönlü Tasnim xəbər agentliyi məlumat yayıb. 

Nəşrin məlumatına görə, 2022-ci il noyabrın 25-də müttəhimlər əvvəllər sui-qəsd hazırlayaraq İsfahandakı iğtişaşlar zamanı üç polisi öldürüblər. Üç müttəhim barəsində ölüm hökmü çıxarılıb, adları isə açıqlanmayıb. Digər futbolçu Əmir Nəsr-Azadani isə 16 il müddətinə azadlıqdan məhrum edilib.