Dövlət başçısının göstərişi ilə yeni yaranan Sosial Tədqiqatlar Mərkəzinə idarə heyətinin sədri seçilən deputat Zahid Oruc maraqlı təkliflə çıxış edib. O, Vüsal Qasımlı, Samir Əliyev, Rövşən Ağayev, digər onlarla tanınan və tanınmayan iqtisadçı ekspertləri mərkəzlə əməkdaşlığa səsləyib. Zahid Oruc yeni yaranan qurumun fəaliyyətinə ekspertlərin yaxından dəstək olması təklifi ilə çıxış edərək, onların rəy və təkliflərindən bəhrələnməyin lazım olduğunu dilə gətirib. Sosial Tədqiqatlar Mərkəzinin sədrinin bu təklifinə iqtisadçı ekspert Samir Əliyevin münasibətini öyrəndik. Ekspert İqtisadiyyat.Az saytı vasitəsilə Zahid Orucun təklifini dəstəklədiyini və yüksək qiymətləndirdiyini deyib.

kx.jpg

“Burada işdən daha çox əməkdaşlıqdan söhbət getdiyini düşünürəm. Belə deyək də, mən fərd olaraq dövlət qurumları ilə əməkdaşlıq edirəm. Onların tədbirlərində iştirak edirik, fikir mübadiləsi aparırıq. Hazırladıqları rəylər, hesabatlar bizə təqdim edilir, təkliflər edirik və bu təkliflər də müəyyən şərtlərlə nəzərə alınır və.s. Düşünürəm ki, mərkəz təkcə ekspertlərlə deyil, cəmiyyətin digər rəy bildirən nümayəndələri ilə də əməkdaşlıq etməlidir. Hər bir halda mən bu təklifi yüksək qiymətləndirirəm. Ancaq əməkdaşlıq təklifi deyərkən tam olaraq nə nəzərdə tutulur? Müzakirələrdi hazırıq, rəy və təkliflərimizi göndəririk baxırlar qəbul edirlər, buna da hazırıq. Əməkdaşlığın müxtəlif formatları var. İndi bu əməkdaşlıq necə olacaq, nədən ibarət olacaq onu zaman göstərəcək. Zahid bəyə bu təklifinə görə təşəkkür edirəm”.

Mehman Nəbiyev