Vakansiya haqqında məlumat:

Struktur bölmə: Strategiya və investisiya departamenti, İnvestisiya şöbəsi
Vəzifə: İnvestisiya şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 01 iyun 2021

Vəzifə Öhdəlikləri:

- Fəaliyyət istiqaməti üzrə qayda və prosedurların hazırlanması, təkmilləşdirilməsi istiqamətində işlərin aparılması
- İnvestisiya fəaliyyəti ilə bağlı sistematik təhlil və hesabatlılıq sisteminin formalaşdırılması
- İnvestisiya fəaliyyətini əks etdirən məlumatların proqram təminatlarında doğru və tam şəkildə əks olunmasının təmin olunması
- Büdcə prosesi vaxtı investisiya gəlirlərini proqnozlaşdırmaq;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili: əla, Rus dili: orta
Üstünlüklər: R Proqramlaşdırma dili üzrə biliklər, CFA və ya FRM beynelxalq sertifikatlarının olması
Kompüter bilikləri: MS Office: əla, MS Excel: orta, MS Word: orta, MS PowerPoint: orta

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.