Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

Bu barədə "Downdetector" saytında bildirilib.

Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrdən olan istifadəçilər deyiblər.

İstifadəçilərin əksəriyyəti (73%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 20%-i sosial şəbəkələrdə hekayələrə baxmaqla bağlı, 5% -i isə "İnstagram"-a girişdə problem yaşayır.