İngiltərədə hökumət plastik bıçaq, qaşıq və boşqab kimi birdəfəlik əşyaların qadağan ediləcəyini təsdiqləyib. 

Qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb. 

Rəsmi məlumatlar göstərir ki , Böyük Britaniyada hər il 1,1 milyard birdəfəlik boşqab və 4 milyarddan çox plastik bıçaq istifadə olunur. Plastik tullantılar uzun illər təbiətdə həll olunmur. 

Qeyd edək ki, bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir. Böyük Britaniyada 2020-ci ildən plastik saman və qarışdırıcı kimi məhsulların istifadəsi qadağan edilmişdi.