Sümük ağrısı deyiləndə ağla gələn yeganə yemək günün hər saatında yeyilən xaşdır. Antibiotik təsiri də olan xaşın xərçəng başda olmaqla bir çox xəstəliyə dərman olduğu ortaya çıxıb. İqtisadiyyat.az xarici mediaya istinadən məlumat verir ki, İngiltərədə yaşayan həkim bir ana 3 yaşlı uşağının xaşla sağaltdığını bildirib. Nevroloji və Qida bəslənmə uzmanı dr. Nataşa Campbell McBride hələ 3 yaşında ikən autizmə tutulan oğlunu “bütün xəstəliklər bağırsaqda başlayır” düşüncəsi ilə müalicə edərək sağaldıb.

Apardığı işlərdə autizmdən əlavə digər xəstəliklərin də bağırsaq sistemindəki pozuntulardan yarandığını ortaya qoyan McBride, təşkil etdiyi Bağırsaq və Psixoloji Sindromu üçün Təbii Müalicə Üsulları(GAPS) ilə çoxlu sayda xəstənin sağaldığını dilə gətirib. GAPS sisteminin olmazsa-olmazlarının başında xaş gəlsə də, təzə ət, balıq, yumurta, qatıq, pendir kimi mayalanmış qida məhsulları da sitemdə önəmli yer tuturlar.

Qeyd edək ki, ortaya atdığı sistemlə bütün dünyaya adını bəyan edən McBride, müxtəlif təlimlər vasitəsilə öyrədilən 2 min həkimlə dünyanın bir çox yerlərində xəstə insanlara çarə olmağa çalışır.

Mehman Nəbiyev