"SpaceX" şirkətinin sahibi İlon Mask Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

İqtisadiyyat.az “Habertürk”ə istinadən xəbər verir ki, o, paylaşımına yazılan rəyə cavab olaraq qeyd edib ki, Türkiyə hökumətinin razılığı olsa, “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə bilərlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 284 nəfər həyatını itirib, azı, 2323 yaralı var.