Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 92,568 min ton miqdarında neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 48,501 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral aylarında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq aylarından 57%, dəyəri isə 55% az olub.

Neft məhsullarının Azərbaycanın ixracında payı 1,54% olub.