Bu il dünya üzrə neftə tələbat 8,4 milyon barel azalaraq 91,7 milyon barel həcmində olacaq.

Beynəlxalq Enerji Agentliyi (İEA) oktyabr ayı hesabatında əvvəlki proqnozunu sabit saxlayıb.

Sənədə görə, iyul ayında dünya boyu koronavirus pandemiyasının səngiməsi və məhdudlaşdırıcı tədbirlərin yumşaldılması nəticəsində neftə gündəlik tələbatın həcmi 3,4 milyon barel artsa da, pandemiyanın ikinci dalğası üzündən tələbatın artımı ləngiyib.

Həmçinin 2021-ci ildə tələbatın cari ilə nisbətən 5,5 milyon barel artacağına dair əvvəlki proqnoz da təsdiqlənib.

“Əvvəlki hesabatda qeyd etdiyimiz kimi tələbatın dirçəlməsinə dair proqnoz kövrək olaraq qalır”, – İEA bildirib.

Qeyd olunub ki, yeni məhdudlaşdırıcı tədbirləri əsas götürərək bu ilin üçüncü rübündə neftə tələbatın bərpasına dair proqnozunu 200 min barel azaldıb.