Hollandiya hökuməti 2023-cü il büdcəsindən Ukraynaya hərbi və humanitar yardım üçün 2,5 milyard avronun ayrıldığını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Hollandiya hökumətindən verilən açıqlamada Ukraynaya gələn il büdcəsindən göndəriləcək yardımın 2,5 milyard avro olduğu bildirilib.

Bəyanatda bildirilib ki, bu məbləğ ilk növbədə hərbi texnikanın təminatı, dağıdılmış şəhərlərin bərpası, infrastruktur və üst tikililərin təmiri, törədilmiş cinayətlərin araşdırılması üçün istifadə olunacaq.

Baş nazir Mark Rutte "Twitter" səhifəsində yazıb: "Rusiya mübarizə apardıqca Hollandiya Ukraynaya kömək etməyə davam edəcək. Biz 2023-cü ildə hərbi, humanitar və diplomatik yardım üçün 2,5 milyard avro ayırdıq. Bunu telefon danışığında Zelenskiyə çatdırdım".