Yeni Azərbaycan Partiyasında (YAP) Hesablama Palatası tərəfindən aparılan yoxlamalarla bağlı rəsmi açıqlama verilib.

Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev Trend-ə bildirib ki, hər il olduğu kimi, hazırda da maliyyə təsərrüfat fəaliyyətinin kənar auditi həyata keçirilir:

“Sadəcə kənar audit ilk dəfə olaraq, Hesablama Palatasına həvalə olunub”.