Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.

İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.