Bu ilin yanvar-iyul aylarında Gürcüstan 278,5 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkənin ümumi idxalında bu məhsulların payı 6,5%-ə bərabər olub. İllik müqayisədə məhsullların dəyərində 31,1%azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstan 169 mln ABŞ dolları dəyərində təbii qaz tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 11%azdır.report