Azərbaycan güləşçilərinin 2022-ci ildə müxtəlif yaş qrupları üzrə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. İdmançılarımız ümumilikdə 165 medal əldə ediblər.

Bunlardan 63-ü qızıl, 44-ü gümüş, 58-i bürüncdür.