İqtisadiyyat.az Abşeron rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb, damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılıb, 39,2 kilometr uzunluğunda su xətti çəkilib, 160 min kubmetrlik 5 su hovuzu tikilib, 30 ədəd müxtəlif təyinatlı texnika alınıb.