“Dövlət Gömrük Komitəsi cari ilin yanvar-may ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 114,18 faiz əməl edib”.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.

“Nəzərdə tutulan proqnozdan əlavə 206,34 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - deyə komitə sədri qeyd edib.