Gəncə şəhərində düşmənin raket atəşinə məruz qoyduğu Ələkbər Rəfibəyli küçəsinin təbii qaz təchizatı bərpa olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Xatırladaq ki, raket zərbəsindən sonra oktyabrın 11-də saat 02:15-dən etibarən 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılmışdı. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. Yerdə qalan 170 abunəçinin isə qaz təchizatı dünən axşam saatlarından tam bərpa edilib.