Bakıda məhkum həbsxanada vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun atası Zahid Novruzov həbsxanada dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü deyilir.

Zahid Novruzov 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı öldürdüyü üçün həbs edilmişdi.

Qeyd edək ki, futbolçu Nurlan Novruzov hal-hazırda Nepal çempionatında çıxış edən "Maçindra" klubunda top qovur.