FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş Baş İcraçı Direktoru (CEO), fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunan Sam Bankman-Fried məhkəməyə qədər 250 milyon dollar girov müqabilində azadlığa buraxılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökmü Nyu-York Cənub Dairə Məhkəməsinin hakimi Qabriel Qorenşteyn elan edib.

Qərara uyğun olaraq, dələduzluq və çirkli pulların yuyulması da daxil olmaqla 8 cinayətdən mühakimə olunmasını gözləyən Bankman-Fried məhkəməyə qədər 250 milyon dollar girov qarşılığında sərbəst buraxılacaq.