"Fransızların bəslədikləri ilan özlərini sancmağa başlayıb".

Bunları Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir.

"Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə", - Akar deyib.

O, Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına toxunub və bildirib: "Müttəfiqlərimiz, bəzi digər dövlətlər müxtəlif səbəblərə görə PKK/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Suriya qəbilələri gücü ancaq gücsüz və müdafiəsiz qadınlara çatan PKK/YPG terrorçularına təpki göstərdilər və bölgəni tərk etmələrini istədilər. Biz terror təşkilatına dəstək verənləri, yardım edənlər barədə açıq və qəti şəkildə xəbərdarlıq etdik. Bunların hamısının (terror aktlarının) hamısının və daha çoxunun ola biləcəyini söylədik. Bu alçaqlarla, terrorçularla əməkdaşlıq etmək olarmı? Bir terrorçu ilə başqa terrorçunun üstünə getmək olarmı? Bu mövzuda əlaqələri davam etdirir, müttəfiqlərimizə yanlışlıqlarını deyirik".