Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin İordaniyanın Aqaba limanında lövbər saldığı açıqlanıb.


İqtisadiyyat.az xəbər verir ki, Fransanın Əmmandakı səfirliyi rəsmi Facebook hesabından verdiyi açıqlamada “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin “ilk dəfə” Əqabə limanında lövbər saldığını bildirib.

Bəyanatda İordaniya rəhbərliyinə göstərilən gözəl qarşılamaya görə təşəkkür edilib və bunun iki ölkə arasında etimad və dostluğa əsaslanan tərəfdaşlığın ən yaxşı sübutu olduğu qeyd edilib.

Təyyarədaşıyan Charles de Gaulle nüvə yanacağı ilə işləyir və 2000-ə yaxın ekipajı var.