Fransanın Marsel şəhərində yerləşən Türkiyənin Baş Konsulluğunun binasına “Molotov kokteyli” atan kürd əsilli iki nəfər saxlanılıb.

iqtisadiyyat.az Fransanın “BFM TV” kanalına istinadən xəbər verir ki, bu barədə Fransa polisindəki mənbələr məlumat yayıb.

Bildirilib ki, hadisənin törədilməsində iştirak edən daha iki şübhəli şəxs hələ axtarılır.

Saxlanılan şəxslərin Fransa polisi tərəfi tərəfindən axtarışda olanlar siyahısında yer almadığı məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl Fransadakı kürd icmasının nümayəndələri ilə polis arasında silahlı toqquşmalar baş vermişdi.