Fransa millisinin qapıçısı Huqo Loris millidəki karyerasını bitirdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu qərarını "Bu formanı 14 il müdafiə etdikdən sonra, düşünürəm ki, sona çatmışam. Hər şeyi vermişəm hissi ilə beynəlxalq karyeramı dayandırmaq qərarına gəldim" deyərək açıqlayıb.

Qeyd edək ki, 36 yaşlı fransalı qapıçı "Totenxem" klubunda karyerasını davam etdirəcək.