Yaponiya, Avropa, Amerika və Avstraliya mətbəxlərində önəmli yer tutan qara sarımsağın adisindən daha faydalı olduğu deyilir. Bəs faydaları nədən ibarətdir? İqtisadiyyat.Az xarici mediaya istinadən qara sarımsağın dünya səhiyyəsinin təsdiq etdiyi faydaları barədə məlumatı təqdim edir.

İlk növbədə immun sistemini gücləndirir, hüceyrələri yeniləyir. Adi sarımsaqla nisbətdə daha çox antioksidan ehtiva edir. Ürək-damar xəstəliklərinə və xərçəngə qarşı müsbət təsir göstərir. Beyin hüceyrələrini zərərlərdən qoruyur, yaddaş pozuntularının qarşısını alır. Alzheimer, romatoid artrit, xroniki və qan dövranı xəstəliklərinə qarşı müalicəvi effekti var.

Şəkər xəstəliyi simptomlarını yaxşılaşdırır, infeksiyalara qarşı qabaqlayıcı gücə malikdir. Xroniki böyrək xəstəliklərində, müalicənin toksik təsirlərini azaldır. Həzm prosesinə və təzyiqin normal vəziyyətdə qalmasına kömək edir. Mədə üçün dərman rolunu oynayır, hiperliepidemiya və hiperglisemiyanın qarşısını alır.

Yaşlanmanı gecikdirir, anti-alergiya xüsusiyyəti var. Yorğunluğu aradan qaldırır, saç və dərinin möhkəmliyini qoruyur.