Estoniya hökuməti ölkədə sovet əsgərlərinin abidələrinin sökülməsi üçün ən azı 900 min avro ayırıb.


İqtisadiyyat.az xəbər verir ki, hökumət ictimai məkanın təhlükəsizliyini təhdid edən sovet hərbi abidələrinin sökülməsi ilə bağlı fəaliyyətlər üçün Müdafiə Nazirliyinin yurisdiksiyasında olan qurumlara 916 405 avro ayrılıb.


Xüsusi komissiyanın üzərində sovet rəmzləri olan 322 abidənin müəyyən edildiyini bildirən bəyanatda 244 abidənin sökülməli və ya dəyişdirilməli olduğu, hazırda onlardan 56-nın söküldüyü qeyd olunub.