Ermənistanda son bir gündə 17 nəfər koronavirusa yoluxub.

Bu barədə “Sputnik Ermənistan” bu ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən xəbər yayıb.

Bununla da, Ermənistanda koronavirusa yoluxanların sayı 266-ya çatıb.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirusun yayılması barədə danışarkən, Kotayk və Yerevandakı istehsal müəssisələrində yeni yoluxma hallarının qeydə alındığını vurğulayıb.