Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyada işgüzar səfərdə olacaq.

İqtisadiyyat.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, səfər 6-7 fevralda baş tutacaq. Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

A.Mirzoyan səfər çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok və parlament nümayəndələri ilə görüşəcək.