İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq "Beşiktaş"ın niderlandlı futbolçusu Vout Veqorst transferi haqqında açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı şeytanlar"ın niderlandlı baş məşqçisi "Vout Veqorst transferində nəsə bir yenilik varmı?" sualına "Bu haqda bir rəy bildirə bilmərəm" deyərək münasibət bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" Veqorst üçün "Beşiktaş"la ilkin razılıq əldə edib.