Bu ilin ilk 3 ayı ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlər ölkəmizdə 53 milyon 418 manat pul xərcləyiblər.
Rəsmi statistikaya əsasən, 3 ay ərzində Azərbaycana 20 min 581 nəfər BƏƏ vətəndaşı gəlib və onlar ən çox nəqliyyat xidmətinə pul xərcləyiblər. Belə ki, 3 ay ərzində ümumi xərclərinin 42%-ni və ya 22 milyon manatını nəqliyyat xidməti üçün sərf ediblər. Bundan başqa BƏƏ vətəndaşları xərclərinin 25%-ni və ya 13,2 milyon manatını yerləşməyə (otellərə, motellərə, evlərə və s.), 18,6%-ni və ya 9,9 milyon manatını qidalanmaya, 1,4%-ni və ya 733 min manatını isə mədəniyyətə yönəldiblər.
Digər ərəb ölkələrindən gələnlərin də xərcləri təxminən BƏƏ vətəndaşları kimi olub.
Ərəb ölkələrindən gələnlərin xərclərini təqdim edirik:
Ölkələr | Turistlərin sayı | Xərclədikləri ümumi vəsait | Nəqliyyat xərcləri | Yerləşmə xərcləri | Qidalanma xərcləri | Mədəniyyət xərcləri |
BƏƏ | 20 min 581 nəfər | 53,4 mln. azn | 22 mln. azn | 13,2 mln. azn | 9,9 mln. azn | 733 min azn |
İraq | 7 min 965 nəfər | 11 mln. azn | 5,5 mln. azn | 3,1 mln. azn | 1,7 mln. azn | 95,6 min azn |
Küveyt | 6 min 200 nəfər | 16,8 mln. azn | 6,6 mln. azn | 4,7 mln. azn | 2,9 mln. azn | 221 min azn |
Oman | 4 min 311 nəfər | 11,1 mln. azn | 4,6 mln. azn | 2,7 mln. azn | 2,1 mln. azn | 153 min azn |
Qətər | 2 min 111 nəfər | 5,6 mln. azn | 2,2 mln. azn | 1,5 mln. azn | 1 mln. azn | 75,2 min azn |
(yeniavaz.com)