Xəbər verdiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş vilayətində səfərdədir. 

İqtisadiyyat.az bildirir ki, dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib.

O, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub.

***

11:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da 7,7 bal gücündə zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətinə yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, Ərdoğanın Kahramanmaraşın Pazarcık rayonuna getməsi gözlənilir.