Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 23,4 milyon ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 23,3 milyon tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7%, (əmtəəlik 7,2%) az olub.

Bu ilin 8 ayında ölkədə 24,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu həcmin 17,8 milyard kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə qaz hasilatı illik müqayisədə 8%, əmtəəlik qaz hasilatı isə 12,2% artıb.