Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, bir müddət öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad edilmişdi. O, Prezident Aparatının keçmiş şöbə müdiri Əli Həsənоvun kürəkənidir.

Bu barədə ilk məlumatı qafqazinfo.az yayıb.

 

W1siZiIsIjIwMjEvMDcvMDEvMTEvMjAvMTYvYmI4MWI0NDktNmYzYy00Yzg2LTgzODktYzdkZmJkNmQ2NGU0L0ZvdG9KZXQgKDMpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=447d63ff532ac622