Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumi olaraq 6 705 nəfər işçi heyəti var.  

Bunu nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli deyib.

Onun sözlərinə görə, onlardan 668-i dövlət qulluqçusu, 6 037 nəfəri isə qeyri-dövlət qulluqçusudur:

“İşçilərin 5 066 nəfəri kişi, 1 639 nəfəri isə qadınlardır. Burada meşə, qoruq və milli parklarda mühafizə sahəsində çalışan işçilərin demək olar ki, əksəriyyəti kişi olduğuna görə, gender bərabərliyində müəyyən fərq yaranır. Bu da təbii haldır”