ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2020-ci ildə “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 41 ABŞ dolları, WTI markalı neftin qiymətinin 39 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bu barədə EIA-ın avqust ayı hesabatına istinadən xəbər verir. 

Proqnoza görə, 2021-ci ildə “Brent” markalı neftin 1 barelinin qiyməti 50 dollar, WTI markalı neftin qiyməti isə 46 dollar təşkil edəcək.

EIA bu ilin II yarısı üzrə “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu əvvəlki proqnozdan 2 dollar artıraraq 43 dollara qaldırıb.report