Azərbaycan əhalisi quş əti istehlakını artırıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin hazırladığı “Ərzaq balansları”na istinadən xəbər verir ki, son 5 ildə adambaşına quş əti istehlakı 4,3 kq artaraq 2019-cu ildə illik 15 kiloqrama çatıb. Bu dövrdə adambaşına mal əti istehlakı isə 1,8 kq artaraq illik 16,1 kiloqram təşkil edib.

Əgər 2014-cü ildə adambaşına illik mal əti və toyuq əti istehlakı arasında fərq 4,1 kq idisə, 2019-cu ildə 1,1 kiloqrama düşüb.

Son 5 ildə adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 7,4 kq artaraq 2019-cu ildə illik 40,8 kq təşkil edib.

Son 5 ildə adambaşına süd və süd məhsulları istehlakı demək olar ki dəyişməyib, illik 246,3 kq təşkil edib.  Adambaşına illik yumurta istehlakı 13 ədəd artaraq 165 ədəd, balıq və balıq məhsulları istehlakı 0,4 kq artaraq 7,6 kq təşkil edib.

Ötən il Azərbaycanda 111 min 996 ton quş əti və ət məhsulları istehsal edilib, 38 min 990 ton da idxal edilib.

erzaq-balanslari.jpg