Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16,208 mlrd kubmetr təşkil edib. 

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ehtiyatların 85%-i hasilatın, 15%-i qalığın hesabına formalaşıb. 

Belə ki, ilin I yarısında qaz hasilatının həcmi 13,777 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,431 mlrd. kubmetr olub.

Ehtiyatların 39,6%-i və ya 6,418 mlrd. kubmetri istehlak edilib. İlin I yarısında 3,2% və ya 518,656 mln kubmetr itki olub. İyul ayının əvvəlinə 16,1% və ya 2,609 mlrd kubmetr isə ehtiyat kimi qalıb.

2020-ci ilin yanvar-iyun aylarında 6 656,2mln kubmetr və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16% çox təbii qaz ixrac edilib. 

Ölkə daxilində istehlak edilmiş təbii qazın 65,6%-i istehsal ehtiyaclarına sərf edilib, 34,4%-i isə əhaliyə satılıb.

Əhali tərəfindən 2 212,7 mln kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3% çox təbii qaz istehlak edilib. Onun 37%-i Bakı şəhərinin, 3%-i Naxçıvan Muxtar Respublikasının, 16,5%-i Aran, 12,2%-i Gəncə-Qazax, 10,6%-i Abşeron, 6,2%-i Lənkəran, 5,2%-i Şəki-Zaqatala, 4,7%-i Quba-Xaçmaz, 2,6%-iDağlıq Şirvan, 2%-i isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.report