ABŞ-a məxsus “Etsy” alış-veriş platforması Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra ölkədən qaçmağa çalışan əfqanların C-17 hərbi təyyarəsindən yerə çırpılma anının yer aldığı köynəkləri “Kabil Tullanma Klubu” ifadələri ilə satışa çıxarıb.

“Fins.az” xəbər verir ki, etirazlara rəğmən, köynəklər hələ də platformada satışdadır.

Qeyd edək ki, sözügedən hadisə zamanı azı yeddi nəfər həyatını itirmişdi.