Əfqanıstanın paytaxtı koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində karantinə bağlanır. Bu barədə “İnterfaks” xəbər yayıb. Təcrid planı hökumət tərəfindən təsdiqlənib. Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, tədbir görülməsə, ölkədə 25 milyon insan virusa yoluxa bilər. Hazırda ölkədə 95 yoluxma halı müəyyən edilib.